
"Bugünkü düşmən nə Uca Tanrını, nə də başqasını tanımır. Onlar dünyanı məhv etmək istəyən allahsız bütpərəstlərdir".
Newscenter.az TASS-a istinadən bildirir ki, bunu Çeçenistan lideri Ramzan Kadırov deyib. O, Qroznıda Rusiya Günü münasibətilə keçirilən tədbirdə jurnalistlərə bildirib ki, Rusiyanı məğlub etməyə çalışanlar yanılırlar:
"Rusiya təkcə Ukrayna deyil, Qərbi Avropa ölkələri, NATO qarşı çıxdı. Ancaq onu məğlub etmək mümkün olmadı. Çünki Vladimir Putinin rəhbərlik etdiyi Rusiya hər şeyə qadirdir".
Arzu













































