Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ünal Üstel: Bizi bir-birimizə bağlayan ortaq tariximiz, dilimiz, mədəniyyətimizdir

Ünal Üstel: Bizi bir-birimizə bağlayan ortaq tariximiz, dilimiz, mədəniyyətimizdir


"Şimali Kipr Türk Cümhuriyyətinin nümayəndə heyəti olaraq Azərbaycanda olmaqdan və bu gün Şimali Kipr Mədəniyyət Günü münasibətilə sizinlə bir araya gəlməkdən böyük məmnunluq duyuram".

Newscenter.az Teleqraf-a istinadən xəbər verir ki, bu sözləri Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) baş naziri Ünal Üstel Bakıda keçirilən Şimali Kiprin Mədəniyyət Günü çərçivəsində təşkil edilən mətbuat konfrasında deyib.

"Bu əlamətdar tədbirin həyata keçirilməsinə öncüllük edən başda Azərbaycan Prezidenti İlham Əliyev olmaqla, Baş nazir Əli Əsədova və Şimali Kipr Türk Cümhuriyyəti ilə Azərbaycan arasındakı əlaqələrin inkişafına mühüm töhfələr verən, bizi azərbaycanlı qardaşlarımızla bir araya gətirən və bu tədbirin reallaşmasında böyük əməyi olan hər kəsə Yeni Azərbaycan Partiyası sədrinin müavini Tahir Budaqova təşəkkürümü bildirirəm. Bu gün burada qardaşlığımızı daha da möhkəmləndiririk. Çünki Azərbaycan ilə Şimali Kipr Türk Cümhuriyyəti arasındakı münasibətlər sıradan dövlətlərarası əlaqələr deyil. Bu münasibət könül bağıdır, biz bunu bir cümlə ilə ifadə edirik: "Bir millət, üç dövlət", - deyə qeyd edib.

Onun sözlərinə görə Türkiyə, Azərbaycan və Şimali Kipr Türk Cümhuriyyəti arasındakı bağlar yalnız diplomatik münasibətlərlə izah oluna bilməz: "Bizi bir-birimizə bağlayan ortaq tariximiz, dilimiz, mədəniyyətimiz, dəyərlərimizdir.

Ən əsası, ortaq gələcəyə olan inamımızdır. Bu gün burada nümayiş etdirilən mədəni dəyərlər də bunun ən gözəl göstəricisidir.

Şimali Kiprdən gətirdiyimiz hər bir musiqi, xalq rəqsi, sənət əsəri və mədəni dəyər eyni kökdən qidalanan böyük Türk millətinin ortaq yaddaşını əks etdirir".
Xəbəri paylaş