
Fici ilk dəfə Rusiya nefti və neft məhsullarını almağa başlaya bilər.
Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə Rusiyanın Şimal-Qərb bölgəsindəki Ficinin fəxri konsulu Filipp Xanin bildirib.
"İndi Rusiya üçün maraqlı bir marşrut açılıb, əvvəllər iqtisadi cəhətdən o qədər də sərfəli deyildi. Bu, Ficiyə neft və neft məhsullarının tədarüküdür. Hörmüz boğazı ətrafındakı Yaxın Şərqdəki vəziyyətə görə, Cənubi Sakit okeanı neft və neft əsaslı ehtiyatların çatışmazlığı ilə üzləşir. Buna görə də, bu yaxınlarda müxtəlif Fici şirkətlərindən Rosneft ilə əlaqələrin qurulması ilə bağlı bir neçə sorğu aldıq", - deyə Xanin bildirib.
O qeyd edib ki, ada dövləti Rusiyadan çox uzaqda yerləşir və çatdırılmalar mürəkkəb logistika tələb edəcək, lakin buna baxmayaraq, bu, mümkündür.
Qeyd edək ki, Fici, Sakit Okeanın cənub-qərbində yerləşən bir ölkədir.
Aygün











































