Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bakı-Aşqabad münasibətləri strateji xarakter daşıyır

Bakı-Aşqabad münasibətləri strateji xarakter daşıyır


"Dərin tarixi köklərə, ortaq mədəniyyət və dilə məxsus olan Azərbaycan-Türkmənistan münasibətləri müstəqillik illərindən sonra özünün yeni mərhələsinə qədəm qoyub. Bakı ilə Aşqabad arasında bu gün təkcə siyasi deyil, iqtisadi sahədə də yüksək səviyyəli əməkdaşlıq mühiti mövcuddur və sevindirici haı ondan ibarətdir ki, bu əlaqələr getdikcə daha dinamik xarakter alır. Xüsusilə, yüksəksəviyyəli qarşılıqlı səfərlər bu əlaqələrin inkişafına təkan verir. Bu mənada Türkmənistan prezidenti Serdar Berdiməhəmmədovun ölkəmizə səfəri də xüsusi əhəmiyyət kəsb edir".

Bu fikirləri Newscenter.az-a Milli Məclisin deputatı İlham Məmmədov Türkmənistan prezidentinin ölkəmizə dövlət səfərini şərh edərkən səsləndirib. Millət vəkili deyib ki, Serdar Berdiməhəmmədovun ölkəmizə dövlət səfəri Azərbaycan–Türkmənistan münasibətlərinin inkişafında mühüm mərhələ kimi qiymətləndirilməlidir. Son illərdə iki qardaş ölkə arasında siyasi dialoqun intensivləşməsi, iqtisadi və enerji sahələrində əməkdaşlığın genişlənməsi, nəqliyyat-logistika layihələrinin inkişafı və mədəni-humanitar əlaqələrin dərinləşməsi istiqamətində əhəmiyyətli addımların atıldığını deyən millət vəkilinin sözlərinə görə, bütün bunlar Bakı-Aşqabad münasibətlərinin artıq strateji xarakter aldığını göstərir:

"Heç şübhəsiz ki, səfər çərçivəsində imzalanan sənədlərin ikitərəfli əməkdaşlığın daha da genişlənməsinə xidmət edəcək".

İlham Məmmədov deyib ki, Azərbaycan və Türkmənistan zəngin enerji ehtiyatlarına malik ölkələr kimi Xəzər regionunda mühüm tərəfdaşlardır və bu imkanlar iki ölkə arasında enerji sektorunda əməkdaşlığın daha da inkişaf etdirilməsinə imkan yaradır:

"İki ölkə nəqliyyat-logistika sahəsində də səmərəli əməkdaşlıq edir. Bildiyiniz kimi Azərbaycanın Şərq–Qərb və Orta Dəhliz üzərində yerləşməsi Türkmənistan üçün Avropa bazarlarına çıxış baxımından böyük əhəmiyyət daşıyır. Bu səbəbdən Bakı ilə Aşqabad arasında nəqliyyat-logistika əməkdaşlığının genişləndirilməsi regional ticarətin inkişafına və yükdaşımaların həcminin artmasına töhfə verə bilər".

Süleyman
Xəbəri paylaş