Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Günəşdə partlayış olub

Günəşdə partlayış olub


Günəşdə sonuncu güc sinfi olan M-ə aid Günəş alovlanması qeydə alınıb.

Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə Tətbiqi Geofizika İnstitutu (IFG) məlumat verib.

Məlumatda deyilir ki, 21 iyun tarixində günəş ləkəsi qrupundakı rentgen diapazonunda 18 dəqiqə davam edən M6.8 alovlanması qeydə alınıb.

Daha əvvəl Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiya Laboratoriyası və Rusiya Elmlər Akademiyasının Sibir Bölməsinin Günəş-Yer Fizikası İnstitutu son üç həftənin ən güclü günəş partlayışını - M2.6-nı bildirmişdi.

Günəş alovlanmaları yaydıqları rentgen şüalanma gücünə əsasən beş sinfə bölünür: A, B, C, M və X. Minimum sinif olan A0.0, Yer orbitində kvadrat metrə 10 nanovatt radiasiya gücünə uyğundur. Növbəti hərfə keçdikcə güc on dəfə artır. Alovlanmalar günəş plazmasının püskürməsi ilə müşayiət oluna bilər ki, bu buludlar Yerə çatdıqda maqnit fırtınalarına səbəb ola bilər.

Şeyda
Xəbəri paylaş