Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qazaxıstanda ictimai yerlərdə hicab qadağan edilir

Qazaxıstanda ictimai yerlərdə hicab qadağan edilir


Qazaxıstanın Daxili İşlər Nazirliyi ictimai yerlərdə insanın üzünü gizlədən geyim formalarının qadağan olduğu barədə xəbərdarlıq edib.

Newscenter.az xəbər verir ki, bu barədə Polisia.kz portalı məlumat yayıb.

Portal nazirliyə istinadən bildirir ki, Cinayətkarlığın Qarşısının Alınması haqqında Qanunun 75-ci maddəsinin 3-cü bəndində xüsusi bir norma var. Buna əsasən, üzü vizual tanımağa mane olan şəkildə gizlədən geyimdən istifadə etmək cinayət hesab olunur. İnzibati Xətalar Məcəlləsinin 434-3-cü maddəsi cəzanı müəyyən edir. İlk dəfə törədilən cinayətə görə xəbərdarlıq, bir il ərzində təkrar törədildikdə isə 10 AEK (43.250 tenge) cərimə tətbiq olunur.

Qadağa yalnız ictimai təhlükəsizliyin təmin edilməsinə yönəlib və üzü gizlədən istənilən geyim növünə şamil edilir.

Arzu
Xəbəri paylaş