
Çexiya Prezidenti Petr Pavel hökumətin onu Ankarada keçiriləcək NATO sammitinə milli nümayəndə heyətinə daxil etməkdən imtina etməsi ilə bağlı Konstitusiya Məhkəməsinə müraciət edib.
Newscenter.az TASS-a istinadən bildirir ki, dövlət başçısı respublika prezidentinin nümayəndə heyətindən çıxarılması qərarını misli görünməmiş hesab edib:
"Buna görə də, ölkəni beynəlxalq səviyyədə, xüsusən də NATO sammitində təmsil etməkdə prezidentin və hökumətin səlahiyyətlərini aydınlaşdırmaq üçün Konstitusiya Məhkəməsinə müraciət etdim".
Qeyd edək ki, Petr Pavel 2015-ci ildən 2018-ci ilə qədər NATO Hərbi Komitəsinə sədrlik edib.
Çexiya mediasının məlumatına görə, Konstitusiya Məhkəməsi artıq prezidentin müraciətini alıb və bu müraciətə sürətləndirilmiş qaydada baxılacaq.
Aygün












































