
Qazaxıstanda ictimai yerlərdə hicaba bürünən 1600-dən çox şəxs məsuliyyətə cəlb edilib.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Nazirlik ictimai yerlərdə şəxsin tanınmasına mane olan geyimin qadağan olduğunu xatırladıb.
"Cinayət Prosessual Məcəlləsinin 434-3-cü maddəsinə əsasən, ilk dəfə cinayət törədənlərə xəbərdarlıq ediləcək. Bir il ərzində bu əməli təkrarlayarlarsa, 10 tenqe məbləğində cərimə tətbiq olunacaq. Hazırda bu xətaya görə 1613 vətəndaş inzibati məsuliyyətə cəlb edilib",-deyə nazirlik bildirib.
Məlumatda qeyd edilir ki, Cinayət Prosessual Məcəlləsinin 434-3-cü maddəsinə əsasən, ilk dəfə cinayət törədənlərə xəbərdarlıq ediləcək.
Arzu













































