
İmişli rayonunda dörd ticarət obyektində yanğın başlayıb.
Newscenter.az xəbər verir ki, "Report"un Muğan bürosunun məlumatına görə, hadisə şəhərin Nəcməddin Savalanov küçəsində yerləşən sakinlərə məxsus ticarət obyektlərində qeydə alınıb.
Hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin üç texnikası və canlı qüvvələri cəlb olunub.












































