
Qlobal Solidarity təşəbbüsü və David Seliverstovun strateji baxışı əsasında formalaşdırılan NESHRIX layihəsi süni intellekt, kibertəhlükəsizlik və rəqəmsal təhlükəsizlik sahəsində yeni innovativ platforma kimi təqdim olunur.
Newscenter.az xəbər verir ki, layihənin yaradılması üçün ümumilikdə 4,1 milyon ABŞ dolları həcmində maliyyə resursu cəlb olunub. 2025-ci ilin sentyabr ayında Caspian Capital Holding tərəfindən NESHRIX layihəsinə 1,6 milyon ABŞ dolları məbləğində maliyyə dəstəyi göstərilib. Bu dəstək layihənin inkişafına, texnoloji bazanın gücləndirilməsinə və komandanın formalaşmasına mühüm töhfə verib.
Göstərilən etimada və strateji dəstəyə görə Caspian Capital Holding-ə və hörmətli Elxan Paşayevə təşəkkür ifadə olunur.
NESHRIX artıq ideya mərhələsini geridə qoyaraq real texnoloji məhsula çevrilib. Layihənin əsas missiyası süni intellektin insan təhlükəsizliyinə xidmət etməsi, rəqəmsal risklərin azaldılması və texnologiyanın cəmiyyət üçün faydalı istiqamətdə tətbiqidir.

Növbəti mərhələdə NESHRIX-in əsas hədəfi tikinti sahəsi üçün süni intellekt əsaslı təhlükəsizlik və nəzarət robotu olan NESHRIX TitanBot-un yaradılmasıdır. TitanBot tikinti meydançalarında riskləri vaxtında aşkar etmək, təhlükəsizlik qaydalarına nəzarət etmək və iş proseslərini daha şəffaf və səmərəli idarə etmək üçün nəzərdə tutulur.
Hüquqi prosedurlar və müvafiq razılaşdırmalar tamamlandıqdan sonra NESHRIX TitanBot layihəsi üçün 3,8 milyon ABŞ dolları həcmində yeni maliyyə paketinin ayrılması planlaşdırılır.
Bu layihə Qafqaz regionunda süni intellekt, kibertəhlükəsizlik, tikinti təhlükəsizliyi və robototexnologiyaların birləşdiyi yeni innovasiya mərhələsinin başlanğıcı kimi qiymətləndirilir.
NESHRIX-in əsas mesajı: texnologiya insana xidmət etməli, insanlıq isə texnologiyanın istiqamətini müəyyən etməlidir.
Süleyman












































