
İran prezidenti Məsud Pezeşkian xarici işlər naziri Abbas Araqçi ilə birlikdə Pakistana bir günlük dövlət səfərinə gedib.
Newscenter.az TASS-a istinadən bildirir ki, Nur Xan hava bazasında İran nümayəndə heyətinin qarşılanma mərasimi keçirilib. Qarşılama mərasimində Pakistan prezidenti Asif Əli Zərdari, baş nazir Şahbaz Şərif və xarici işlər naziri İshaq Dar iştirak ediblər.
Səfərin gündəliyinə Tehran və İslamabad arasında ikitərəfli əməkdaşlıq məsələləri daxildir. Danlşıqlarda həmçinin, ABŞ-İran münaqişəsinin həlli üçün Pakistanın vasitəçilik səyləri ilə bağlı məsləhətləşmələr də aparılacaq.
Arzu












































