
Qazaxıstanda sosial şəbəkələr üzərindən yalan məlumat yayanlar məsuliyyətə cəlb ediləcək.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bu barədə ölkənin Baş Prokurorluğu məlumat yayıb. Qurum sosial şəbəkələrdə yayılan məlumatlarla bağlı müraciət yayıb.
Məlumatda qeyd edilib ki, cəmiyyətdə nifaq salmağa yönəlmiş təxribat xarakterli nəşrlər və şərhlər sosial şəbəkələrdə yayılmağa başlayıb.
"Xatırladırıq ki, bu cür hərəkətlər tamamilə qəbuledilməzdir və qanuna uyğun olaraq ciddi şəkildə məsuliyyətə cəlb olunacaq", - deyə açıqlamada bildirilir.
Qeyd edilir ki, Qazaxıstanda onlayn platformalarda qanunsuz məzmunun yerləşdirilməsi və yayılması qadağandır. Cinayət əlamətləri olmadığı təqdirdə 20 AEC (2026-cı ildə 86.500 təngə) cərimə tətbiq edilir. Buna görə də yayılan məlumatların həqiqiliyini yoxlamaq məsləhətdir. Açıq-aşkar yalan məlumatların yayılması halında cinayət məsuliyyəti nəzərdə tutulur.
Arzu













































