Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiyalı turistlərin səfər etdiyi ölkələr sırasında Türkiyə birinci yerdə gəlir

Rusiyalı turistlərin səfər etdiyi ölkələr sırasında Türkiyə birinci yerdə gəlir


Rusiyalı turistlərinin xarici ölkələrə olan marağı sırasında Türkiyə yenə də ön sıradadır.

Newscenter.az xəbər verir ki, Rusiya Tur Operatorları Assosiasiyasının (ATOR) topladığı məlumatlara görə, xarici tur sifarişləri ötən ilin eyni dövrü ilə müqayisədə 8 faiz artıb. Türkiyə yay mövsümü sifarişlərində 57 faiz payla birinci yeri tutub.

Türkiyə Rusiyadakı bütün əsas tur operatorlarının satış siyahılarında birinci yeri tutub və ümumi məlumatlarda yay mövsümünün aparıcı təyinat yeri kimi seçilib.

Assosiasiyanın proqnozuna görə, iyun-avqust ayları arasında Antalya, İstanbul və Egey sahilləri də daxil olmaqla, Türkiyəyə 2,9-3 milyon rusiyalı turistin səfər etməsi gözlənilir və Rusiyadan xaricdə yay tətili üçün tələbatın əsas hissəsini yenidən çimərlik tətilləri təşkil edir.

İyun ayı satışları da Türkiyənin güclü mövqeyini təsdiqləyib. 2026-cı ilin iyun ayında Türkiyə rusiyalı turistlərin axtarış sorğularında 49,7 faiz və satışlarda 39,4 faiz payla liderliyini qoruyub.

Körfəz bölgəsindəki böhran səbəbindən alternativ bazarların zəifləməsi də Türkiyəyə marağın qorunmasında amil kimi qəbul edilir. ATOR-un iyun ayı satışlarının təhlilinə görə, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) 2025-ci ilin iyun ayında satışların 7%-ni təşkil etsə də, bu ay Yaxın Şərq böhranı və tur satışlarına qoyulan məhdudiyyətlər səbəbindən mövcud siyahıdan çıxıb.

Aygün
Xəbəri paylaş