
Amerikanın Pew Araşdırma Mərkəzinin apardığı sorğuya görə, 36 ölkədə respondentlərin orta hesabla yalnız 23%-i ABŞ prezidenti Donald Trampa etibar edib.
Newscenter.az xəbər verir ki, TASS bu barədə Mərkəzə istinadən məlumat verir.
Mərkəzin ekspertləri bildiriblər ki, sorğuda iştirak edən 36 ölkədə yetkinlərin orta hesabla 23%-i onun beynəlxalq məsələləri idarə etməsinə əmin olduğunu bildirib. Bir çox ölkədə Trampa inam ötən illə müqayisədə azalıb. Tədqiqat iştirakçılarının yetmiş altı faizi Amerika liderinə inamlarının olmadığını bildirib.
Mərkəzin ekspertləri bildiriblər ki, sorğu keçirilən ölkələrdə ABŞ-ın ümumi reytinqləri də əsasən mənfidir. Verilən məlumatlara görə, respondentlərin orta hesabla 57%-i ABŞ-a müsbət baxışını, 37%-i isə mənfi baxışını bildirib.
Respondentlərin 47 faizi ABŞ-ı etibarlı tərəfdaş adlandırıb, 50 faizi isə etibarsız hesab edib. Respondentlərin 35 faizi ABŞ-ın sülhün və sabitliyin qorunmasına töhfə verdiyinə inanır, 63 faizi isə əks fikirdədir.
Aygün













































