Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

ABŞ və İran ekspertləri danışıqları gələn həftə bərpa edəcəklər

ABŞ və İran ekspertləri danışıqları gələn həftə bərpa edəcəklər



"ABŞ və İran müvəqqəti fasilədən sonra gələn həftə ikitərəfli anlaşma memorandumunun həyata keçirilməsi ilə bağlı ekspert səviyyəsində danışıqları bərpa edəcəklər".

Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyinin sözçüsü Tahir Andrabi deyib.

O bildirib ki, danışıqlar gələn həftə, 30 iyunda bərpa olunacaq.

Andrabi danışıqların harada keçiriləcəyini dəqiqləşdirməyib:

İsveçrədə ABŞ və İran nümayəndələri arasında əvvəlki məsləhətləşmələr dialoq və diplomatiyanın mübahisələrin və münaqişələrin həlli üçün ən yaxşı yol olduğunu təsdiqləyib. Pakistan və Qətər ABŞ və İranla əlaqə saxlamağa davam edəcək, ABŞ-İran sülh dialoqunu asanlaşdırmaq üçün danışıqlarda vasitəçi rolunu oynayacaq".

Arzu
Xəbəri paylaş