Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dostluq rəmzi və səmimi əlaqələrin bariz nümunəsi

Dostluq rəmzi və səmimi əlaqələrin bariz nümunəsi



Azərbaycan-Türkmənistan münasibətlərinin səmimiyyət göstəricisi özünü təkcə rəsmi protokollarda deyil, xalqların bir-birinə olan mənəvi yaxınlığında göstərir. Türk dünyasının iki mühüm qanadı olan bu dövlətlər həm beynəlxalq müstəvidə, həm də ikitərəfli layihələrdə daim bir-birinin maraqlarını nəzərə alırlar. Türkmənistan Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsindən sonra azad olunmuş torpaqların yenidən qurulmasına qardaş töhfəsi verir. Türkmən xalqının Milli Lideri Qurbanqulu Berdiməhəmmədovun təşəbbüsü ilə fəlakətdən və işğaldan zərər çəkmiş Füzuli şəhərində məscid tikintisi layihəsi bu səmimiyyətin və mənəvi birliyin ən bariz rəmzi nümunəsidir. Şəhərlərin qardaşlaşması məsələsi də çox mühüm hadisədir. Bakı ilə Aşqabad, eləcə də tarixi dirçəliş yaşayan Füzuli ilə Türkmənistanın intellektual Arkadağ şəhərləri arasında qardaşlaşma əlaqələrinin qurulması, xalqların bir-biri ilə birbaşa inteqrasiyasına xidmət edi. İki ölkə Xəzərdə vaxtilə mübahisəli sayılan yatağı birgə kəşfiyyat və istismar etmək barədə tarixi "Dostluq" memorandumunu imzalamaqla bütün dünyaya sivil, səmimi və qardaşyana kompromis dərsi keçmişdir. Bu səmimiyyətin davamı olaraq Azərbaycanın Türkmənistana "Dostlug" neft tankerini hədiyyə etməsi tərəflər arasındakı qarşılıqlı jestlərin hələ də yüksələn xətlə davam etdiyini sübut edir.
Münasibətlərin gələcək yol xəritəsini müəyyən edən ən mühüm siyasi hadisə 22 iyun 2026-cı il tarixində Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana reallaşan rəsmi dövlət səfəri oldu. Bakıda keçirilən təkbətək və geniştərkibli görüşlərdən sonra dövlət başçıları mətbuata səmimi bəyanatlarla çıxış edərək həm keçmişə qiymət verdilər, həm də gələcək hədəfləri açıqladılar.
Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev nitqində münasibətlərin mənəvi tərəfinə xüsusi toxunaraq bildirdi ki, iki ölkə arasındakı etimad regional təhlükəsizliyin qarantıdır. Biz, dostlarınız və qardaşlarınız olaraq, beynəlxalq arena da daxil olmaqla, uğurlarınıza həmişə sevinirik və artıq dünyada geniş ictimai dəstək qazanmış Türkmənistanın neytrallıq siyasətini həmişə dəstəkləmişik və dəstəkləməyə davam edəcəyik. Dövlətimizin başçısı Füzulidə ucaldılacaq məscid layihəsinə və Qarabağın bərpasına verdiyi səmimi dəstəyə görə Türkmənistan rəhbərliyinə və qardaş türkmən xalqına dərin təşəkkürünü ifadə etdi. Ümumi olaraq qeyd edək bilərik ki, Azərbaycan-Türkmənistan münasibətiləri gələcək də də yüksələn xəttlə inkişaf edəcək və hər iki ölkənin milli maraqlarına layiqli töhfə verəcəkdir.
Tural İsmayılov
YAP Yevlax rayon təşkilatının sədr müavini
Xəbəri paylaş