Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İran probleminin həlli üçün əlimizdən gələni edəcəyik

İran probleminin həlli üçün əlimizdən gələni edəcəyik


İran ətrafında cərəyan edən proseslərin, münaqişə riskinin tamamilə aradan qaldırılması istiqamətində Türkiyə əlindən gələni əsirgəməyəcək. Əgər Türkiyənin bu prosesə iynə ucu qədər qatqısı olarsa, nə xoş bizə.

Newscenter.az xəbər verir ki, bunları Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Hazırkı mərhələdə problemin həlli istiqamətində aparılan danışıqlar və diplomatik fəaliyyətləri təqdir edən Türkiyə lideri, "Ölkə olaraq başlıca məqsədimiz bütün qonşularımızda, coğrafiyamızda, ümumən dünyada sülh və sabitliyin təmin olunmasıdır. Ümid edirəm ki, tezliklə buna nail olacağıq və İran ətrafında yaşanan gərginliklər tamamən aradan qalxacaq",-deyə bildirib.

Süleyman
Xəbəri paylaş