
"Müasir dövrdə beynəlxalq münasibətlər sistemində baş verən mürəkkəb proseslər fonunda İslam ölkələri arasında siyasi dialoqun, əməkdaşlığın və qarşılıqlı dəstəyin gücləndirilməsi xüsusi əhəmiyyət kəsb edir".
Newscenter.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov Bakıda İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyasının keçirilməsinə münasibət bildirərkən səsləndirib. Millət vəkili deyib ki, parlament diplomatiyası dövlətlər arasında əlaqələrin inkişafında mühüm rol oynayır:
"Azərbaycan müsəlman dünyasında baş verən proseslərə hər zaman böyük diqqətlə yanaşır, İslam ölkələri ilə əməkdaşlığın inkişafına xüsusi önəm verir. Ölkəmiz qarşılıqlı hörmət, bərabərhüquqlu tərəfdaşlıq və həmrəylik prinsipləri əsasında İslam dünyasında birliyin möhkəmləndirilməsinə daim töhfə verməyə çalışır".
Süleyman












































