
KTMT üzv ölkələri Əfqanıstanın şimal sərhədində Tacikistanın təhlükəsizliyini təhdid edən yaraqlıları zərərsizləşdirmək səylərini artırmaq niyyətindədirlər.
Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə təşkilatın Daimi Şurasının fəaliyyətdə olan sədri Viktor Vasilyev Sankt-Peterburq Beynəlxalq Hüquq Forumunda bildirib.
"Əfqanıstan KTMT-nin Orta Asiya məsuliyyət zonasında əsas problem olaraq qalır. Rusiya və bir sıra Orta Asiya dövlətlərinin Kabildəki mövcud hakimiyyət orqanları ilə əlaqə qurmaq üçün atdığı addımlara baxmayaraq, mürəkkəb təhlükəsizlik vəziyyəti qalmaqdadır", - deyə o bildirib.
Vasilyev deyib ki, biz orada birgə addımlarımızı artırmağı planlaşdırırıq:
"O cümlədən Əfqanıstanın şimal sərhədlərində hələ də toplanmağa davam edən yaraqlıları və ekstremist qrupları zərərsizləşdirmək üçün səylər göstərəcəyik".
Şeyda












































