
7-8 iyul tarixlərində Ankarada keçiriləcək NATO sammiti ev sahibi kimi Türkiyəyə əhəmiyyətli siyasi və iqtisadi dividendlər gətirəcək.
Newscenter.az xxəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. Bildirilib ki, uzunmüddətli perspektivdə makroiqtisadi təsir ildə təxminən 1,7 milyard dollara çata bilər.
KİV qeyd edir ki, iştirakçılar üçün otel yerləşdirilməsi və logistika sayəsində Türkiyə xəzinəsinə sammitdən birbaşa 60 milyon dollardan 62,5 milyon dollara qədər gəlir daxil olacaq. Görüşdə NATO-ya üzv olan 32 ölkədən təxminən 6000 rəsmi nümayəndənin və 10 qeyri-üzv dövlətin liderinin iştirakı gözlənilir. Bildirilir ki, təkcə ABŞ prezidenti Donald Trampın nümayəndə heyətinin sayı 1400 nəfər olacaq. Zirvə toplantısını təxminən 2000 xarici media nümayəndəsi işıqlandıracaq. Ümumilikdə, KİV Ankara sammitinə qatılan iştirakçıların və ziyarətçilərin sayının 10.000-i keçə biləcəyini proqnozlaşdırır.
Bundan əlavə, ekspertlərin fikrincə, sammit Türkiyənin beş illik kredit defolt svoplarının 20-30 baza bəndi azaldılmasına kömək edə bilər ki, bu da dövlət və özəl sektorlar üçün xarici borclanma xərclərini ildə 200-300 milyon dollar azaldacaq. Bu fonda Türkiyəyə xarici investisiyalar uzunmüddətli perspektivdə ildə 1,5-2 milyard dollar arta bilər.
Şeyda












































