Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

NeoOrdo layihəsi çərçivəsində xarici işçilərin yaşayış və sosial infrastruktur məsələləri müzakirə olunub

NeoOrdo layihəsi çərçivəsində xarici işçilərin yaşayış və sosial infrastruktur məsələləri müzakirə olunub



"Azturk Holding" tərəfindən həyata keçirilməsi planlaşdırılan NeoOrdo layihəsi çərçivəsində çalışacaq xarici mütəxəssis və işçilərin yaşayış şəraiti, sosial infrastrukturu və asudə vaxtlarının səmərəli təşkili ilə bağlı ölkəmizdə bu sahədə fəaliyyət göstərən ixtisaslaşmış şirkətlərin nümayəndələri ilə işgüzar görüşlər keçirilib.

Newscenter.az xəbər verir ki, görüşlərdə beynəlxalq təcrübə öyrənilərək, minlərlə xarici işçinin uzunmüddətli yaşayışı üçün təhlükəsiz, rahat və müasir standartlara cavab verən yaşayış komplekslərinin yaradılması, sosial xidmətlər, nəqliyyat, səhiyyə, idman, mədəniyyət və istirahət imkanlarının təmin olunması istiqamətində fikir mübadiləsi aparılıb.

"Azturk Holding"in prezidenti Güləli Bağırov bildirib ki, NeoOrdo layihəsində çalışacaq xarici mütəxəssislər və işçilər üçün yaradılacaq şərait yalnız yaşayışla məhdudlaşmamalı, onların işdənkənar vaxtlarını da səmərəli və rahat keçirmələrinə imkan verməlidir.

Onun sözlərinə görə, bu məqsədlə "Azərbaycan Standartları" adlandırıla biləcək yeni yanaşmanın formalaşdırılması vacibdir.

«"Məqsədimiz yalnız beynəlxalq standartlara uyğun şərait yaratmaq deyil. Biz istəyirik ki, NeoOrdo layihəsində tətbiq olunacaq Azərbaycan standartları bir çox hallarda Avropa standartlarından daha funksional, daha rahat və insan yönümlü olsun. Xarici mütəxəssislər burada işlədikləri müddətdə özlərini təhlükəsiz, rahat və dəyərli hiss etməlidirlər." – deyə Güləli Bağırov vurğulayıb.»

Qeyd olunub ki, gələcəkdə yaradılacaq yaşayış məhəllələrində müasir mənzillər, istirahət parkları, idman kompleksləri, ticarət və xidmət obyektləri, restoranlar, mədəniyyət mərkəzləri, səhiyyə müəssisələri və digər sosial infrastruktur obyektlərinin inşası nəzərdə tutulur.

"Azturk Holding" hesab edir ki, güclü iqtisadi layihələrin uğuru yalnız istehsal və tikinti göstəriciləri ilə deyil, eyni zamanda həmin layihələrdə çalışan insanların həyat keyfiyyəti ilə də ölçülür. Bu baxımdan NeoOrdo layihəsində insan amili əsas prioritetlərdən biri kimi qəbul edilir.

Süleyman
Xəbəri paylaş