Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyə və İran parlamentlərinin sədrləri Bakıda görüşdü

Türkiyə və İran parlamentlərinin sədrləri Bakıda görüşdü


Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş Bakıda İran İslam Respublikası İslam Şurası Məclisinin sədri Məhəmməd Baqir Qalibafla ikitərəfli görüş keçirir.

Newscenter.az bildirir ki, Oxu.Az-ın əldə etdiyi məlumata görə, görüş Azərbaycan Milli Məclisinin ev sahibliyi ilə reallaşan İslam Əməkdaşlıq Təşkilatı Parlament Birliyinin (İƏT İB) 20-ci Konfransı çərçivəsində baş tutub.

İkitərəfli görüşdə Yaxın Şərqdə cərəyan edən proseslər, islam ölkələri arasında siyasi, iqtisadi və parlament əməkdaşlığı, müharibələr və böhranlar nəticəsində didərgin düşmüş milyonlarla insan üçün beynəlxalq həmrəyliyə çağırış kimi mövzular müzakirə ediləcək.
Xəbəri paylaş