Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Yüksələn xəttlə inkişaf edən əlaqələr

Yüksələn xəttlə inkişaf edən əlaqələr


"Azərbaycan və Türkmənistan arasında münasibətlər dərin tarixi köklərə, ortaq dil və mədəniyyətə, eləcə də əsrlər boyu formalaşmış qardaşlıq ənənələrinə əsaslanır. 1992-ci il iyunun 9-da diplomatik münasibətlərin qurulması ilə Azərbaycan-Türkmənistan əlaqələri yeni inkişaf mərhələsinə qədəm qoymuş, ötən dövr ərzində siyasi, iqtisadi, ticarət, nəqliyyat, enerji və humanitar sahələrdə əməkdaşlıq ardıcıl şəkildə genişlənmişdir".

Newscenter.az xəbər verir ki, bunları YAP üzvü Günay Nəsrəddinova deyib. O bildirib ki, son illərdə əlaqələrin daha da möhkəmlənməsi dövlət başçılarının qarşılıqlı səfərlərində və həyata keçirilən birgə layihələrdə özünü göstərir:

"Xüsusilə enerji və nəqliyyat sahələri əməkdaşlığın əsas istiqamətlərindən hesab olunur. 2021-ci ildə Xəzər dənizində yerləşən “Dostluq” yatağının birgə işlənməsi barədə əldə olunan razılıq Azərbaycan-Türkmənistan tərəfdaşlığında yeni mərhələnin başlanğıcı olmuşdur. Bu layihə yalnız iqtisadi deyil, həm də iki ölkə arasında qarşılıqlı etimadın və strateji əməkdaşlığın göstəricisidir".

Aygün
Xəbəri paylaş