Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Zelenskinin həyat yoldaşı Ukraynanın bərpası ilə bağlı konfransdan kənarlaşdırılıb

Zelenskinin həyat yoldaşı Ukraynanın bərpası ilə bağlı konfransdan kənarlaşdırılıb



Ukrayna Prezidenti Volodimir Zelenskinin həyat yoldaşı Olena gözləmədiyi hadisə ilə qarşılaşıb. Belə ki, birinci xanım Polşa-Ukrayna münasibətlərindəki gərginlik səbəbindən Qdanskda keçirilən Ukraynanın yenidən qurulması ilə bağlı beynəlxalq konfransdan kənarlaşdırılıb.

Newscenter.az-ın xəbərinə görə, bu barədə Wirtualna Polska portalı məlumat verib.

Portala görə, Zelenskinin həyat yoldaşı Qdansk Universitetində keçirilən "Gələcək üçün bir bacarıq kimi şəxsiyyət: Təhsil, Məsuliyyət və Liderlik" debatında açılış nitqi ilə çıxış etməli idi. Lakin onun çıxışı ləğv edilib.

Qeyd edək ki, Polşada son günlər vaxtıilə Ukrayna liderinə verilmiş ordenin geri alınması ilə bağlı təşəbbüslər də səslənir.

Arzu
Xəbəri paylaş