Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Avropada dərinləşən böhran fonunda faiz dərəcələrinin artması

Avropada dərinləşən böhran fonunda faiz dərəcələrinin artması


Avropa Mərkəzi Bankının (AMB) İdarə Heyətinin üzvü İzabel Şnabel avrozonada faiz dərəcələrinin daha da artırılmasına icazə verib.

Newscenter.az-ın TASS-a istinadən verdiyi məlumata görə, Şnabel "Die Zeit" qəzetinə verdiyi müsahibədə bildirib ki, mövcud vəziyyəti nəzərə alaraq, orta müddətli dövrdə inflyasiyanı 2%-lik hədəfimizə qaytarmaq üçün faiz dərəcələrini daha da artırmalı olacağıq. Lakin, o izah edib ki, sonrakı addımların miqyası və vaxtı Yaxın Şərqdəki münaqişənin inkişafından, iqtisadi vəziyyətdən və inflyasiyadan asılı olacaq.

Eyni zamanda, Şnabel vurğulayıb ki, AMB-nin nöqteyi-nəzərindən Yaxın Şərqdə son atəşkəs, müvəqqəti sülh müqaviləsi çərçivəsində enerji qiymətlərinin düşməsinə baxmayaraq, təhlükənin kökündən aradan qaldırıldığı anlamına gəlmir:

"Qısa müddətdə vəziyyət həqiqətən də gözlədiyimizdən daha yaxşı görünür, lakin atəşkəs pul siyasətimizi yumşaltmaq üçün bir səbəb deyil".

Arzu
Xəbəri paylaş