Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Aztürk Holding ilə Nigeriya Prezident Administrasiyası arasında əməkdaşlıq istiqamətində mühüm görüş keçirilib

Aztürk Holding ilə Nigeriya Prezident Administrasiyası arasında əməkdaşlıq istiqamətində mühüm görüş keçirilib


"Aztürk Holding"in İdarə Heyətinin sədri və prezidenti Güləli Bağırov ilə Nigeriya Prezident Administrasiyasını təmsil edən, Nigeriyanın Texnologiya İnkubasiyası üzrə Milli Şurasının Baş direktoru və İcraçı direktoru Dr. Kazeem Kolawole Raji arasında rəsmi görüş keçirilib.

Newscenter.az xəbər verir ki, görüş zamanı "NeoOrdo" meqa şəhər layihəsi geniş şəkildə təqdim olunaraq layihənin iqtisadi, texnoloji, innovasiya, ağıllı şəhər, rəqəmsal transformasiya, tikinti, enerji, logistika və investisiya imkanları ətrafında ətraflı fikir mübadiləsi aparılıb.

Tərəflər, həmçinin Azərbaycan və Nigeriya arasında qarşılıqlı investisiyaların təşviqi, innovasiya ekosisteminin inkişafı, texnologiya transferi, sənaye əməkdaşlığı və digər strateji sahələrdə birgə fəaliyyət imkanlarını müzakirə ediblər.

Görüşün sonunda tərəflər gələcək əməkdaşlığın əsas istiqamətlərini müəyyən edən Anlaşma Memorandumu (Memorandum of Understanding – MoU) imzalayaraq uzunmüddətli və qarşılıqlı faydalı tərəfdaşlığın əsasını qoyublar.

Süleyman
Xəbəri paylaş