
"2026-cı il iyunun 22-də Bakıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və ölkəmizdə dövlət səfərində olan Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov mətbuata birgə bəyanatlarla çıxış ediblər. Bu tarixi görüş və səsləndirilən bəyanatlar Xəzərin iki sahilini birləşdirən çoxəsrlik dostluq, qardaşlıq və ortaq köklərə əsaslanan münasibətlərin yeni, daha dinamik inkişaf mərhələsinə qədəm qoyduğunun bariz sübutudur".
Newscenter.az xəbər verir ki, bunları YAP üzvü Nərmin Səmədova deyib. O bildirib ki, Prezident İlham Əliyev öz bəyanatında ilk növbədə iki xalq arasındakı münasibətlərin möhkəm təməl üzərində qurulduğunu xüsusi vurğulamışdır:
"Dövlətimizin başçısı tarixi bağların, ortaq mədəniyyətin və mənəvi dəyərlərin bu gün siyasi və iqtisadi müstəvidə uğurlu əməkdaşlığa zəmin yaratdığını bildirdi. Son dövrlərdə intensivləşən yaradıcı kollektivlərin qarşılıqlı çıxışları və mədəniyyət günləri bu mənəvi birliyin əyani göstəricisidir".
Hakim partiya təmsilçisinin sözlərinə görə, Bəyanatda ən diqqətçəkən və emosional məqamlardan biri Türkmənistanın Qarabağ və Şərqi Zəngəzurun bərpasında göstərdiyi səmimi dəstək oldu:
"Prezident İlham Əliyev Türkmənistanın Ümummilli Lideri, Xalq Məsləhətinin Sədri Qurbanqulu Berdiməhəmmədovun (Arkadağ) ötənilki səfəri zamanı Füzuli şəhərində məscid tikintisi təşəbbüsü ilə çıxış etdiyini və artıq tikinti işlərinə başlanıldığını minnətdarlıqla xatırlatdı".
Şeyda













































