
İsrail və Livan tərəflər arasında gələcək nizamlama prosesini qeyd edə biləcək niyyət bəyannaməsi imzalamağa yaxındırlar. Bu barədə ABŞ dövlət katibi Marko Rubio Bəhreyndə jurnalistlərə bildirib.
"Bu gün Livan və İsrail hakimiyyəti arasında danışıqların üçüncü günü olacaq. Dünən, düşünürəm ki, çox yaxşı bir gün idi. İki ölkə arasında niyyət bəyannaməsinin imzalanmasına çox yaxınıq və inanıram ki, bu, ümidverici bir gələcəyin təsvirini verməyə başlayacaq. Bu, bir proses olacaq, vaxt aparacaq və çox iş tələb edəcək", - Rubio bildirib.
Onun sözlərinə görə, Livan hökuməti 30 ildən sonra ilk dəfə olaraq İsrail hökuməti ilə birbaşa danışır. Dövlət katibi həmçinin Vaşinqtonun monitorinq mexanizmini bərpa etdiyini və bu mexanizm çərçivəsində Mərkəzi Komandanlığın (CENTCOM) İsrail və Livan hərbçiləri ilə əməkdaşlıq edərək hadisələri yerində yoxladığını açıqlayıb.












































