
"Bu gün Bakıda qeyri-hökumət təşkilatlarının iştirakı ilə türkmənlər, Suriya türkləri ilə bağlı tədbir keçirilr, türkmən mədəniyyəti, irsi öyrənilirsə, sabah eyni tədbirlər İraqda, Suriyada keçirilə bilər".
Newscenter.az xəbər verir ki, bunları Milli Məclisin deputatı Rizvan Nəbiyev deyib. O bildirib ki, belə bir tədbirin Suriyada, İraqda keçirilməsi əlaqələrin daha da inkişaf etdirilməsi, mədəniyyətin, irsin, elm nümayəndələrinin öyrənilməsi baxımından əhəmiyyəti ola bilər:
"Keçən il də Türkmənlərlə, Türkmən irsinin öyrənilməsi ilə bağlı Azərbaycanda tədbir keçirilib. Növbəti tədbirin ünvanı nə üçün Suriya və ya İraq olmasın? Hesab edirəm ki, bu istiqamətdə düşünməyə və işləməyə ehtiyac var".
Süleyman












































