Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Suriyalı gənclər ilk dəfə Azərbaycanda təhsil alacaqlar

Suriyalı gənclər ilk dəfə Azərbaycanda təhsil alacaqlar



"Növbəti ildən suriyalı gənclər İlk dəfə Azərbaycanda ali təhsil almağa gələcəklər".

Newscenter.az xəbər verir ki, bunu Suriya parlamentinin hələbli deputatı Tarık Sulo Cevizci deyib. Ölkəsinin yenidənqurulması və bərpası prosesində Azərbaycanın yaxından iştirak etdiyini deyən deputat, bu sırada xüsusilə Heydər Əliyev Fondunun fəaliyyətini qeyd edib. Tarık Sulo Cevizci bildirib ki, Heydər Əliyev Fondu Suriyada müharibə zamanı dağılmış, zərər görmüş təhsil müəssisələrinin bərpası prosesində yaxından iştirak edir:

"Azərbaycan Suriyanın iqtisadi inkişafına da öz töhfəsini verir, bu istiqamətdə müəyyən addımlar atır. Suriyanın Azərbaycan qazını alması istiqamətində Bakının səyləri Suriyada yüksək qiymətləndirilir".

Hələbli deputat Azərbaycan və Suriya arasında əlaqələrin bundan sonra daha da inkişaf edəcəyinə əminliyini ifadə edib.

Süleyman
Xəbəri paylaş