
İraq Türkmən Cəbhəsinin lideri Ərşad Salehi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət ünvanlayacaq.
.
Newscenter.az xəbər verir ki, bu barədə məlumatı Ərşad Salehi özü verib. O bildirib ki, müraciətdə dövlət başçısından Türk Dövlətləri Təşkilatında digər türk xalqlar və toplumlara da müşahidəçi statusu verilməsi xahiş olunacaq:
"Bu gün ölkələr Türk Dövlətləri Təşkilatı daxilində birləşib və səmərəli fəaliyyət göstərirlər. Ancaq bu prosesdə digər türk xalqları və toplumları kənarda qalmamalıdır. Hesab edirəm ki, Türk Dövlətləri Təşkilatı daxilində digər türk xalqları və toplumlara da müşahidəçi statusu verilməlidir. Belə olan halda Türk dünyası arasında əlaqələr daha da inkişaf edər. Eyni zamanda İraq türkmənləri Türk dünyasına daha sıx inteqrasiya edərlər".
Süleyman












































