
"Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana rəsmi dövlət səfəri və mətbuat bəyanatları Xəzərin iki sahilini birləşdirən qardaşlıq bağlarının yeni zirvəsidir".
Newscenter.az xəbər verir ki, bunları YAP üzvü Zülfiyyə Bayramlı deyib. O bildirib ki, iyunun 22-də Bakıda reallaşan bu tarixi görüş sadəcə rəsmi protokollardan ibarət olmayıb, həm də iki qonşu, soydaş ölkənin qədim və səmimi tellərini yenidən canlandırıb:
"Liderlərin mətbuata səmimi bəyanatları xalqlarımız arasında mövcud olan çoxəsrlik etimadı bir daha dünyaya nümayiş etdirib".
Hakim partiya təmsilçisi onu da qeyd edib ki, Bakı səmasında dalğalanan iki qardaş ölkənin bayraqları təkcə diplomatik əlaqələrin deyil, həm də eyni kökdən, eyni mədəniyyətdən gələn iki xalqın birliyinin rəmzi idi:
"Prezident İlham Əliyev türkmən həmkarını səmimiyyətlə salamlayaraq bu səfərə böyük əhəmiyyət verdiyini vurğuladı. Keçirilən təkbətək və geniş tərkibli görüşlərdə sadəcə iqtisadi və siyasi rəqəmlər deyil, qəlbi bir vuran iki dövlətin gələcək hədəfləri masaya yatırıldı. İmzalanan strateji sənədlər iki ölkə arasındakı etimadın ən bariz göstəricisinə çevrildi".
Zülfiyyə Bayramlının sözlərinə görə, səfərin ən yaddaqalan və səmimi məqamlarından biri Azərbaycandan Türkmənistana hədiyyə edilən “Dostluq” neft tankeri oldu:
"Türkmənistan Prezidenti bu jestə görə dərin minnətdarlığını bildirərək, tankerin adının elə bu münasibətlərin mahiyyətini tam əks etdirdiyini qeyd etdi. Bu gəmi sadəcə Xəzərdə yük daşımayacaq, həm də iki sahil arasında dostluq mesajları daşıyacaq".
Süleyman













































