
İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqının (İƏT Pİ) Bakıda keçirilən Konfransının 20-ci Sessiyasında iştirak etmək üçün Azərbaycana səfər edən İraq parlamentinin deputatı Ərşad Salehi ilə Milli Məclisdə görüş keçirilib.
Newscenter.az xəbər verir ki, iraqlı parlamentari ilə Azərbaycan-İraq parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri İlham Məmmədov görüşüb.
Görüş zamanı Azərbaycan və İraq arasındakı dostluq münasibətlərinin hazırkı vəziyyətin, eləcə də münasibətlərin inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Süleyman[b][/b]












































