Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Deputatlarımız QDİƏT PA-nın tədbirlərində iştirak edəcək

Deputatlarımız QDİƏT PA-nın tədbirlərində iştirak edəcək


Milli Məclisin Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasındakı (QDİƏT PA) nümayəndə heyətinin rəhbəri, parlamentin Hesablayıcı komissiyasının sədri Eldar Quliyev, nümayəndə heyətinin üzvləri – Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev, İntizam komissiyasının sədri Eldar İbrahimov, deputatlar Kamran Bayramov və Səbinə Salmanova iyunun 28-də Gürcüstanın paytaxtı Tbilisi şəhərinə səfər edəcəklər.

Newscenter.az xəbər verir ki, səfər zamanı millət vəkilləri QDİƏT PA-nın Büro iclasında və 67-ci Baş Assambleyasında iştirak edəcəklər.

Tədbirdə “Regional əməkdaşlıq üçün süni intellekt: Qara Dəniz bölgəsində innovasiya, əlaqə və davamlı inkişaf” mövzusunda müzakirələr aparılacaq, təşkilati məsələlərə baxılacaq. Assambleya çərçivəsində qurumun komitə iclasları da keçiriləcək.

Milli Məclisin QDİƏT PA-da nümayəndə heyətinin üzvləri müzakirəyə çıxarılan məsələlərə münasibət bildirəcəklər.
Səfər iyulun 2-də başa çatacaq.

Süleyman
Xəbəri paylaş