Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bu dəqiqə kişilərin etmədiyini qadınlar edir siqaret, içki, hətta narkotik

Bu dəqiqə kişilərin etmədiyini qadınlar edir siqaret, içki, hətta narkotik


"İndi dünya da inkişaf edir, Azərbaycan da. Hər addımbaşı marketlər, restoranlar, otellər açılır. Bəli, bu tərəfdən baxanda yaxşıdır, iş yerləri yaranır, rahatlıqdır, gözəldir. Amma digər tərəfdən baxanda dəhşətli dərəcədə "təbiətsizləşirik". Təkcə təbiətimiz yox, insanlığımız, mənəviyyatımız da süniləşir".

Newscenter.az xəbər verir ki, bunları Kəmalə Bayramova deyib. O təəssüf hissi ilə qeyd edib ki, hər 10 ailədən doqquzu dağılır:

"Ortada qalan, o sevgisiz mühitdə böyüyən uşaqların hamısı bədbəxt olur. Sırf el qınağına görə birtəhər yaşayanlar da var, lap xırda, mənasız bəhanələrlə boşananlar, bir-birini qıranlar da.

​Müasirlik adı altında qadınlığımızı, özümüzə məxsus görkəmimizi itiririk. Kişinin şalvarını əynimizə geyindik, başa düşdük, bəs kişiyə məxsus olan o pis vərdişləri niyə götürdük? Bu dəqiqə kişilərin etmədiyini qadınlar edir siqaret, içki, hətta narkotik. Qadın qadınlığından çıxıb, ailə saxlayır, ev dolandırır. Kişilərin də çoxu işsiz, məsuliyyətsiz, özünü saxlaya bilmir".

Süleyman
Xəbəri paylaş