Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Kreml rəhbəri: "Hava hücumundan müdafiə sistemlərinin istehsalını artırmalıyıq"

Kreml rəhbəri: "Hava hücumundan müdafiə sistemlərinin istehsalını artırmalıyıq"



“Hava hücumundan müdafiə sistemlərinin istehsalını tez və əhəmiyyətli dərəcədə artırmalıyıq. Onları döyüş tələblərinə, mövcud reallıqlara uyğun olaraq daim təkmilləşdirmək lazımdır. Bundan başqa müvafiq obyektlərin qorunması, düşmənin nədən istifadə etdiyini və Avropadan yeni texnologiyalara malik yeni pilotsuz uçuş aparatları aldığını nəzərə almalıyıq”.

Newscenter.az TASS-a istinadən bildirir ki, bunları Rusiya Prezidenti Vladimir Putin deyib. Kreml rəhbəri xatırladıb ki, Rusiya tərəfində bütün bu resurslar var:

"Amma sual budur ki, onlar nə qədər tez istehsalla artırıla bilər və qoşunlara vacib infrastruktur obyektlərinin qorunması üçün çatdırıla bilər".

Şeyda
Xəbəri paylaş