
Minalar Əleyhinə Azərbaycan Kampaniyası ictimai birliyi üzvlərinin Niderland Krallığının Azərbaycan Respublikasındakı səfirliyində bu ölkənin fövqəladə və səlahiyyətli səfiri xanım Marianne de Jong və səfirliyin əməkdaşı cənab Jort Vervelde ilə görüşü olub.
Newscenter az xəbər verir ki, bu barədə ictimai birliyin sədri Hafiz Səfixanov məlumat verib. O bildirib ki, görüş zamanı xanım səfirə ölkəmizdə minaların yaratdığı problemlər, minatəmizləmə əməliyyatları, partlayıcı sursatlara dair maarifləndirmə və mina qurbanları barədə məlumat verilib. Bundan başqa təşkilatın əvvəlki illərdə həyata keçirdiyi layihələr barədə məlumatlar verilmiş və hazırladığı hesabatlar təqdim olunub:
"Niderland Krallığının dünyada minatəmizləməyə göstərdiyi yardım müzakirə olunub, Azərbaycandakı mina problemlərinin miqyası nəzərə alınaraq həm Avropa Birliyi, həm də milli hökümət səviyyəsində minatəmizləməyə yardımların artırılmasının vacibliyi qeyd edilib.
Səfir Marianne de Jong bildirdi ki, bəzi Niderland şirkətləri işğaldan azad olunmuş ərazilərdəki layihələrdə iştirak etməyə maraq göstərir, hazırda müvafiq strukturlarla müzakirələr aparılır".
Süleyman












































