Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Tramp: İran ABŞ-dan görüş tələb edib

Tramp: İran ABŞ-dan görüş tələb edib


"İran Amerika tərəfi ilə görüş tələb edib".

Newscenter.az xəbər verir ki, bunu Birləşmiş Ştatlar prezidenti Donald Tramp deyib. O bildirib ki, danışıqlar çərşənbə axşamı Dohada keçiriləcək.

Ağ Ev rəhbərinin TruthSocial sosial media platformasında yazdığına görə, tərəflər bir sıra prinsipial məsələlərdə ümumi razılıq əldə ediblər.

Qeyd edək ki, Birləşmiş Ştatlarla İran arasında problemin diplomatik yolla həlli ilə bağlı ilk vasitəçilik Pakistandan gəlib. Vaşinqton və Tehran rəsmilərinin ilk görüşü də məhz Pakistanın paytaxtı İslambadda keçirilib.

Arzu
Xəbəri paylaş