Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türk həkimlərindən tibb elmini heyrətləndirəcək əməliyyat

Türk həkimlərindən tibb elmini heyrətləndirəcək əməliyyat


Türk həkimləri tibb elmini heyrətləndirəcək əməliyyat həyata keçiriblər.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, Qazi Universiteti (GU) Tibb Fakültəsindən Dosent Dr. Emrah Çeltikçi və Dosent Dr. Melih Şahin tərəfindən birgə aparılan burun dəliklərindən beyin şişi əməliyyatı dünya ədəbiyyatına daxil edilməsi üçün qiymətləndirilir. Onlar künc beyin şişlərinin müalicəsində burun dəliklərindən endoskopik şəkildə tətbiq olunan yeni bir cərrahi texnika hazırlayıblar.

Türk alimləri tərəfindən hazırlanmış bu texnika ilə aparılan əməliyyat həmçinin elmi məqalə kimi sənədləşdirilib və ABŞ-da yerləşən JNS Case Lessons elmi jurnalında dərc olunmaq üçün dünya ədəbiyyatına daxil edilməsi məqsədilə qiymətləndirilir.

Dosent. Prof. Dr. Emrah Çeltikçi, baş ağrısı şikayəti ilə əlaqədar hərbi tibbi müayinə zamanı Azərbaycandan olan bir xəstədə böyük bir beyin küncündə şiş aşkar edildiyini bildiib.

Çeltikçi, xəstəni dosent Dr. Melih Şahin ilə birlikdə qiymətləndirdiklərini və uzun müddətdir üzərində işlədikləri yeni cərrahi texnikanı tətbiq etməyə qərar verdiklərini deyib.

Arzu
Xəbəri paylaş