
Venesuelada 24 iyunda baş verən zəlzələlərdən sonra axtarış-xilasetmə işləri davam edir.
Newscenter.az TASS-a istinadən bildirir ki, təbii fəlakət nəticəsində həlak olanların sayı 1450-yə çatıb.
Agentlik bildirir ki, Venesuela Milli Assambleyasının prezidenti Xorxe Rodrigez 7,2 və 7,5 bal gücündə iki zəlzələdən sonra axtarış-xilasetmə və yardım işlərinin davam etdiyi ölkədə ölən və yaralananların sayı ilə bağlı yenilənmiş məlumatları paylaşıb. Rodrigez zəlzələdə 3150-dən çox insanın yaralandığını bildirib.
Rodrigez qeyd edib ki, bu günə qədər zəlzələ səbəbindən 12721 nəfər evindən didərgin düşüb və 774 bina uçub. Ölkədə axtarış-xilasetmə işləri üçün 25 mindən çox şəxs səfərbər olunub. Venesuelada on minlərlə insanın hələ də itkin düşdüyü təxmin edilir.












































