
Avropa Komissiyası 5,9 milyard avroluq tranş vəd etməsinə baxmayaraq, 90 milyard avroluq proqramdan Ukraynaya dronların alınması üçün 3,9 milyard avro ayıracağını açıqlayıb.
Newscenter.az xəbər verir ki, bu barədə TASS məlumat verib. Agentliyin xəbərinə görə, bu barədə Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen X-də yazıb:
"Bu gün biz Ukraynaya qabaqcıl dron texnologiyaları üçün 3,9 milyard avroluq ilk tranşı təqdim edirik".
O, qalan vəsaitlərin "ardınca gələcəyinə" əminlik verib.
Avropa Komissiyası daha əvvəl iyun ayının sonuna qədər Kiyevə dronlar üçün 5,9 milyard avroluq ilk tranşı göndərəcəyinə söz vermişdi.
Aygün












































