Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan xalqı üçün Türkiyə yalnız strateji tərəfdaş deyil, qardaş dövlətdir

Azərbaycan xalqı üçün Türkiyə yalnız strateji tərəfdaş deyil, qardaş dövlətdir


"Son dövrdə İsrail–Türkiyə xəttində müşahidə olunan gərginlik, regionun ümumi təhlükəsizlik arxitekturası, beynəlxalq hüququn prinsipləri və humanitar dəyərlər baxımından ciddi narahatlıq doğurur. Bu hadisələr məndə dərin təəssüf hissi yaradır. Beynəlxalq hüquq müdafiəçisi kimi hesab edirəm ki, dövlətlərarası münasibətlərdə siyasi mövqelər nə qədər fərqli olsa da, diplomatik dil, beynəlxalq hüququn tələbləri və insan həyatının toxunulmazlığı əsas meyar olaraq qalmalıdır".

Newscenter.az xəbər verir ki, bunları Newscenter.az xəbər verir ki, bunu beynəlxalq hüquq müdafiəçisi, Qlobal Həmrəylik Şurasının Qafqaz regionu üzrə rəhbəri David Seliverstov deyib. O bildirib ki, Azərbaycan xalqı üçün Türkiyə yalnız strateji tərəfdaş deyil, qardaş dövlətdir:

"Azərbaycan–Türkiyə münasibətləri adi diplomatik münasibətlər çərçivəsindən daha geniş, tarixi, mənəvi və milli bağlılıq üzərində qurulmuş münasibətlərdir. Bu baxımdan Türkiyənin acısı Azərbaycan xalqının acısı, Türkiyənin sevinci Azərbaycan xalqının sevincidir. Ona görə də Türkiyənin təhlükəsizlik narahatlıqları, regional sabitliklə bağlı mövqeyi və beynəlxalq hüquqa əsaslanan çağırışları Azərbaycan ictimaiyyəti tərəfindən həssaslıqla qarşılanır.
Eyni zamanda qeyd etmək lazımdır ki, İsrail dövləti ilə Azərbaycan arasında uzun illər ərzində formalaşmış qarşılıqlı hörmətə, əməkdaşlığa və strateji maraqlara əsaslanan münasibətlər mövcuddur. Məhz bu səbəbdən mövcud gərginlik fonunda emosional radikallıqdan uzaq durmaq, məsələni hüquqi, humanitar və diplomatik müstəvidə qiymətləndirmək daha doğru yanaşmadır".

David Seliverstov hesab edir ki, bununla belə, İsrail tərəfinin regional hərbi-siyasi addımları, xüsusilə mülki əhalinin təhlükəsizliyi, humanitar hüququn qorunması və qonşu dövlətlərin təhlükəsizlik narahatlıqları baxımından daha məsuliyyətli, ölçülü və beynəlxalq hüquqa uyğun şəkildə dəyərləndirilməlidir:

"Mən bu məsələdə İsrail tərəfinə qarşı düşmənçilik mövqeyindən deyil, dostcasına narahatlıq və prinsipial hüquqi məsuliyyət mövqeyindən yanaşıram. Hesab edirəm ki, hər bir dövlət öz təhlükəsizliyini qorumaq hüququna malikdir, lakin bu hüquq beynəlxalq humanitar hüququn sərhədlərini aşmamalı, regionda yeni qarşıdurma dalğası yaratmamalı və qardaş Türkiyənin təhlükəsizlik həssaslıqlarını nəzərə almalıdır".

Süleyman
Xəbəri paylaş