
"Bu gün dünyanın inkişafı məhz yüksək texnologiyalar və süni intellekt üzərində qurulur. Bu çağırışlara vaxtında qoşulan ölkələr daha rəqabətqabiliyyətli iqtisadiyyat formalaşdırır və davamlı inkişafa nail olurlar".
Newscenter.az xəbər verir ki, bunları Milli Məclisin deputatı Azər Badamov deyib. Onun sözlərinə görə,
Hesab edirəm ki, Milli Məclis də “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı”nın uğurla icrasına öz töhfəsini verməlidir:
"Bu sahədə müasir hüquqi bazanın daha da təkmilləşdirilməsi lazımdır. Eyni zamanda qanunverici orqan beynəlxalq təcrübənin öyrənilməsi və rəqəmsal transformasiyanı dəstəkləyən yeni qanunvericilik təşəbbüslərinin hazırlanması istiqamətində fəaliyyətini davam etdirməlidir".
Süleyman











































