
Hörmüz boğazı ətrafındakı vəziyyət və İranın nüvə proqramı ABŞ və İran nümayəndə heyətləri arasında Dohada keçiriləcək dolayı danışıqların əsas mövzuları olacaq.
Newscenter.az TASS-a istinadən bildirir ki, bunları Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Məcid bin Məhəmməd əl-Ənsari deyib. O bildirib ki, lakin bu, yeganə mübahisəli məsələ deyil:
"Nüvə proqramı və ümumilikdə regional vəziyyət də daxil olmaqla, digər məsələlər də var".
Əl-Ənsari vurğulayıb ki, Dohanın mövqeyi dəyişməz olaraq qalır və beynəlxalq statusa malik Hörmüz boğazında maneəsiz naviqasiyanın təmin edilməsi zərurətinə əsaslanır.
Əl-Ənsari bildirib ki, ABŞ Prezidentinin nümayəndəsi Stiv Vitkov və sahibkar Cared Kuşner regional məsələləri Qətər vasitəçiləri ilə müzakirə edəcəklər; Amerika və İran nümayəndə heyətləri arasında birbaşa əlaqələr planlaşdırılmır.
Diplomat bildirib ki, ABŞ-ın xüsusi elçisi Stiv Vitkoff və Cared Kuşnerin Dohaya səfəri vasitəçilərlə regiondakı müxtəlif məsələləri müzakirə etmək üçün keçirilən görüşlərin bir hissəsidir. Onun sözlərinə görə, bunlara, İranla danışıqlar, Livandakı vəziyyət və digər məsələlər daxildir.
Şeyda












































