Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Hindistanda boru kəməri partlayıb, çoxlu sayda yaralı var

Hindistanda boru kəməri partlayıb, çoxlu sayda yaralı var


Hindistanın Qərbi Benqal ştatının şərqində yerləşən Haldia Petrochemicals şirkətinin boru kəmərində böyük yanğın baş verib.

Newscenter.az TASS-a istinadən bildirir ki, nəticədə ən azı 35 nəfər xəsarət alıb.

Hakimiyyət orqanlarının məlumatına görə, bir neçə nəfərin vəziyyəti ağırdır. Hadisə yerində 10-dan çox yanğınsöndürmə briqadası işləyir. Ölən və ya yaralanan yoxdur. Yanğının tam söndürüldüyü barədə də məlumat yoxdur. Fövqəladə vəziyyət səbəbindən yaxınlıqdakı dəmir yolunda hərəkət dayandırılıb.

Haldia Petrochemicals şirkəti yanğının nafta daşıyan boru kəmərində baş verdiyini bildirib. İlkin məlumatlara görə, hadisəyə icazəsiz neft məhsullarının çıxarılması məntəqəsinin yaxınlığında baş vermiş hadisə səbəb ola bilər. Faktla bağlı araşdırma başlanılıb.

Aygün
Xəbəri paylaş