
Özbəkistan əhalisi 39 milyonu keçib.
Newscenter.az-ın xəbərinə görə, bu barədə ölkənin Statistika Təşkilatı məlumat yayıb.
Məlumatlara görə, əhalinin 91,3 faizi özbək dilini ana dili kimi göstərib. Statistikaya görə, əhali 1989-cu illə müqayisədə 2 dəfə artıb. Kişilərin sayı qadınlardan təxminən yarım milyon çoxdur.
Hazırkı statistik hesablamalara görə, ölkə əhalisinin sayı 38.236.704 nəfər təşkil edirdi. İlkin nəticələrə görə, siyahıyaalmada ümumi əhalinin 97,3 faizi əhatə olunub. Əhalinin 2,7 faizi müxtəlif səbəblərdən prosesdə iştirak etməyib.
Özbəkistanda 1 ildən çox yaşayan 56.860 xarici vətəndaş da qeydiyyatdan keçib. Onlardan 19.300-ü Daşkənddə yaşayır.
Qeydiyyatdan keçmiş xarici vətəndaşların ən çoxu Hindistan vətəndaşları olub - 13.312 nəfər. Növbəti sırada Rusiya - 10.826 nəfər, Qazaxıstan - 9.425 nəfər, Tacikistan - 5.722 nəfər, Türkmənistan - 5.347 nəfər və Qırğızıstan - 4.397 nəfər gəlir.
Süleyman












































