Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkmənistanda MDB sammiti keçiriləcək

Türkmənistanda MDB sammiti keçiriləcək


MDB Dövlət Başçıları Şurasının iclası oktyabrın 9-da Türkmənistanda keçiriləcək.

Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə MDB-nin rəhbəri Sergey Lebedev jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, MDB ölkələrinin Birlik İcraiyyə Komitəsindəki səlahiyyətli nümayəndələrinin bu gün keçiriləcək iclasında "Xarici İşlər Nazirləri Şurasının 7 oktyabrda Türkmənistanın Avaza şəhərində və MDB Dövlət Başçıları Şurasının 9 oktyabrda Avaza şəhərində keçiriləcək iclasının" gündəliyindəki məsələlərə baxılacaq.

"Artıq görürəm ki, gündəmdəki təkliflər çox möhkəmdir. Biz hələ bu gündəliyi təsdiqləmirik. Sadəcə təqdim olunan təklifləri nəzərdən keçiririk", - deyə o qeyd edib.

Aygün
Xəbəri paylaş