
Rusiya Prezidenti Vladimir Putin Xarkov və Sumı vilayətlərində təhlükəsizlik zonasının yaradılmasının planlaşdırır.
Newscenter.az TASS-a istinadən bildirir ki, Kreml rəhbəri birgə qüvvələrin müvəqqəti komandanlıq məntəqələrindən birində keçirilən görüşdə bunu bildirib. Putin qeyd edib ki, hazırda bu istiqamətdə işlər davam edir.
"Ukraynanın Xarkov, Sumı və Dnepropetrovsk vilayətlərinin sərhəd bölgələrində təhlükəsizlik zonasının yaradılması planlaşdırıldığı kimi davam edir", - deyə dövlət başçısı vurğulayıb.
Rusiya prezidenti Ukrayna cəbhəsində üstünlüyün əldə edildiyini vurğulayıb və ordu birləşmələrində yüksək əhval-ruhiyyənin olduğunu deyib.
Arzu












































