
Çində COVİD19 virusunun yenidən geniş şəkildə yayılma tendensiyasl müşahidə edilir.
Newscenter.az xəbər verir ki, bu barədə "China Daily" qəzeti məlumat yayıb. Qəzet Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinə istinadən xəbər verir ki, bu ilin iyun ayında ÇXR-də 79.000 təsdiqlənmiş COVID-19 halı qeydə alınıb,. Gəstərilən müddətdə o cümlədən 130 ağır hal və 1 ölüm halına rast gəlinib.
Mərkəzin məlumatına görə, bu rəqəm may ayında təxminən 21.861 və apreldə 23.477 haldan daha yüksəkdir. Bu da vəziyyətin pisləşdiyini göstərir. Qeyd olunur ki, bütün hallar Omicron variantı ilə bağlıdır və yeni ştammların yaranması əlamətləri yoxdur.
Anar













































