
Mediasiya prosesinin tərəfləri fiziki və hüquqi şəxslər, habelə inzibati orqanlar ola bilər.
Newscenter.az Mediasiya Şurasına istinadən xəbər verir ki, qanunvericiliyə uyğun olaraq, onlar mediatoru və ya mediasiya təşkilatını seçmək, nümayəndə vasitəsilə iştirak etmək, proses və onun nəticələri barədə məlumat almaq, habelə təkliflərini sərbəst şəkildə irəli sürmək hüququna malikdirlər.
Tərəflərin hüquq və vəzifələrinin müəyyən edilməsi mediasiya prosesinin şəffaf, bərabərhüquqlu və səmərəli şəkildə həyata keçirilməsinə xidmət edir.
Süleyman












































